Arvadına əsəbləşən kişi qızını qaldırıb, yerə çırpdı - VİDEO

17 Aprel 2019 11:24

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə arvadını döyən kişinin ona mane olmağa çalışan qızını qaldırıb, yerə çırpması əks olunub.

Həm həyat yoldaşına, həm də doğma qızına təzyiq göstərən kişi sosial şəbəkərdə kəskin şəkildə təhqir edilib.

Kadrlar Çinin Meizhou şəhərindəki atelyedə çəkilib. Kişinin sərxoş olduğu deyilir.

Döyülən qadın ifadəsində bildirib ki, o, ərini həbs etdirməyəcək, amma, boşanacaq.

Videonu izləmək üçün şəklə klikləyin:
Ata qızını qucağına alıb, yerə çırpdı

Fuad
Milli.Az