Məşhur meyxanaçı efirdə yalan danışdı: Zaur BAĞIŞLAMADI - FOTO

17 Aprel 2019 10:09

"Tamaşaçıların nəzərinə çatdırmaq istəyirəm ki, elə bilirlər bunları mən dəvət edirəm. Bunu telekanal ilə, Zaur qardaşımla bir yerdə məsləhətləşirik".

Milli.Az xəbər verir ki, bunu meyxanaçı Ağamirzə qonağı olduğu "5/5"də özü ilə proqrama təşrif buyuran gənc həmkarlarını tamaşaçılara təqdim edərkən deyib.

Aparıcı Zaur Kamal tanınmış meyxana ustadının sözünü yarımçıq kəsərək, onun yalan danışdığını bildirib:

"Amma siz dediniz ki, "Bunlar olsun. Mənim tələbələrimdir". Yalan danışmayaq, düzünü deyək. Ağa dedi, biz də dedik baş üstə". 

Məhəmməd Vaqif
Milli.Az