Müğənni pulsuzluqdan şikayət etdi: "Maddi vəziyyət o qədər də yaxşı deyil"

17 Aprel 2019 09:19

Türk müğənnisi Ebru Yaşar ötən gecə "Fashion TV" Moda mükafatları gecəsinə qatılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, daha öncə geyindiyi ayaqqabı ilə tədbirə gələn müğənni müxbirlərin bununla bağlı suallarını cavablandırıb.

"İndi vəziyyət başqadır. Maddi vəziyyət o qədər də yaxşı deyil. "Bir geyindimi ikinci dəfə geyinmərəm" deyən insanlara çox az rast gəlinir", deyə müğənni bildirib.

Qeyd edək ki, müğənninin Versace ayaqqabısının qiyməti 2300 avrodur.

Milli.Az