Makron: "Notr-Dam kilsəsi 5 il ərzində bərpa olunmalıdır"

17 Aprel 2019 08:59

Paris Notr-Dam kilsəsini beş il ərzində bərpa etmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Fransanın prezidenti Emmanuel Makron fransızlara televiziya vasitəsi ilə müraciəti zamanı deyib.

O vurğulayıb ki, kilsə restavrasiyadan sonra "əvvəlkindən daha da gözəl olacaq".

Milli.Az