ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb

17 Aprel 2019 07:35

ABŞ-ın Pensilvaniya ştatında naməlum şəxs qəsdən piyadaları vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Şübhəli şəxs saxlanılıb, onun şəxsiyyəti açıqlanmır.

Yaralananlar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Milli.Az