Azərbaycanda ən yaşlı tələbə 430 manat təqaüd alır

17 Aprel 2019 00:12

Azərbaycanda ən yüksək təqaüdü alan ən yaşlı tələbə  Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır. O, filologiya fakültəsinin ikinci kurs tələbəsi - 50 yaşlı Əfsəl Qazıyevdir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşılıb. Əfsəl Qazıyev 430 manat təqaüd alır:

* 130 manat - Əlaçı təqaüdü

* 200 manat - Rektorun əmri ilə ən yaşlı tələbə təqaüdü
* 100 manat - 6 fəndən 100 bal aldığına görə.

Milli.Az