Azərbaycan nefti ucuzlaşıb

16 Aprel 2019 23:59

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 15-də 73,58 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,55 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 72,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 69,84 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,87 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel azdır.

Milli.Az