Kür çayından meyit tapıldı

16 Aprel 2019 20:58

Kür çayından kişi meyiti tapılıb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu gün Kür çayının Sabirabad rayonu, Mürsəlli kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

Meyiti tapılan şəxsin bu il aprelin 11-də Kür çayında batdığı bildirilən, rayonun Qalaqayın kənd sakini, 1986-cı il təvəllüdlü Sarvan Zabit oğlu Əliyev olması ehtimal edilir.

Faktla bagli arasdırma aparılır.

Milli.Az