SOCAR Pakistana neft məhsullarının tədarükü barədə

16 Aprel 2019 19:14

"SOCAR Trading" şirkəti Pakistana ildə 1 milyon tondan çox neft məhsulunun tədarükünü nəzərdə tutan uzunmüddətli müqavilə imzalayacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, ilkin olaraq 100 milyon dollar həcmində məhsul üçün kredit xətti ayrılacaq:

"Nəticədə SOCAR Pakistana ikinci ən iri uzunmüddətli neft və neft məhsulları tədarükçüsü olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Pakistan Nazirlər Kabinetinin iqtisadi əlaqələndirmə komitəsi SOCAR-la yanacaq tədarükü barədə sazişi təsdiq etmişdi.

Milli.Az