Yaxın Şərqdə savaşlar buna görə bitmir - Lavrov

16 Aprel 2019 19:24

Yaxın Şərq və Şimali Afrikanın çoxsaylı problemləri region dövlətlərinə xaricdən davam edən müdaxilə ilə bağlıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya-Ərəb əməkdaşlıq forumunda çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O, bugünkü forumda Fələstin-İsrail konflikti, Suriya, Liviya, Yəmən böhranı, terrorizmlə mübarizə məsələlərinin müzakirə ediləcəyini deyib. Nazirin sözlərinə görə, tərəflərin səylərin birləşdirməsi regionda yaranan situasiyanın stabilləşməsi üçün önəmlidir.

Milli.Az