Madriddə səfirliklər yerləşən bina təxliyə olunur - Bomba həyəcanı

16 Aprel 2019 17:04

İspaniyanın paytaxtı Madriddə bir sıra səfirliklərin yerləşdiyi göydələn təxliyə edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb binada partlayıcı qurğunun yerləşdirilməsi barədə anonim zəng olub.

Qeyd olunur ki, məlumatdan sonra təhlükəsizlik protokolu işə salınıb, əməkdaşlar binadan çıxarılıb.

235 metrlik göydələndə Böyük Britaniya, Kanada, Avstraliya və Niderland səfirlikləri yerləşir.

Milli.Az