30 yaşından kiçik xanımlar uğur qazanmaq üçün nə etməlidir?

16 Aprel 2019 20:44

30 yaş qadının ən gözəl yaş dovrü hesab edilir. Bu yaşdan öncə etdikləriniz isə gələcək həyatınıza müsbət şəkildə yön verə bilər.

Milli.Az axşam.az-a istinadən sizə bəzi qaydaları təqdim edir.

1. Qadın yazıçıların romanlarını oxuyun!

Qadın yazışıların romanları kitabxananızın baş köşəsində olmalıdır. Qadınların baxışını açan, dünya görüşünü, xəyal gücünü əks etdirən roman qəhramanları ilə empatiya qurmaq sizin düşüncələrinizdə xeyli dəyişiklik edəcək.

2. Gizli istedadınızın fərqinə varın!

Kənardan baxarkən hər kəs bir-birnə bənzəyir, ancaq hər kəsin fərqli hədəfləri və istəkləri var. İlk öncə özünüzü tanıyın və bu yöndə qarşınıza hədəflər qoyun. Məsələn, daha çox nəyi etmək istəyirsiniz? Rəqs, yemək bişirmək, rəsm çəkmək? Bir yerdən başlayın və fərqli sahələri təcrübədən keçirin. Mütləq hansısa bir sahədə istedadınızın olduğunu kəşf edəcəksiniz.

3. Macəralara atılın!

20-30 yaş arası, dünyanı tanımağın, yeni ölkələr yenə mədəniyyətlər kəşf etməyin ən gözəl zamanıdır.

4. Hər gün yeni bir şey öyrənin!

Önəmli və ya önəmsiz nə olursa, olsun, yeniliklərə açıq olun. Dünyada baş verən yenilikləri izləyin.

5. Yeni bir dil öyrənin!

Yeni bir dil öyrənməyin tam zamanıdır. Bu sayədə siz xaricə səyahət edə bilər və dünyanı daha yaxından tanıya bilərsiniz.

6. Plan qurun!

20-30 yaşlarda təhsil və ya evliliklə bağlı ciddi qərarlar ala bilərsiniz. Ona görə də, bu qərarları verərkən mütləq planlı hərəkət edin.

7. Sərmayə yatırın!

Sərmayə yatırmaq və ya pul toplamaq üçün tez olduğunu desələr də siz qulaq asmayın. Sərmayənin az və ya çox olması önəmli deyil. Öz maraq dairənizə uyğun sahədə cəsarətli addımlar atmağınız gələcəkdə sizi böyük uğurlara götürə bilər.

8. Öz tərzinizi yaradın!

Sadəcə moda jurnallarını izləməklə kifayətlənməyin. Öz tərzinizi yaradın. Bu qadınların daha uğurlu olduğuna dair təcrübələr az deyil.

Milli.Az