Fahişəliyə məcbur edilən 13 qadın... Polis 11 yerə basqın etdi - FOTO

16 Aprel 2019 19:30

Ankarada insan alveri etdiyi müəyyən olunan cinayət təşkilatına qarşı 11 ünvanda bərabər zamanlı keçirilən əməliyyatda 6 şübhəli yaxalanıb.

Milli.Az Metbuat.az-a istinadla xəbər verir ki, əməliyyatda 13 qadın azad edilərkən, cinayət təşkilatına liderlik etdiyi müəyyən olunan Mətn U.nun həbsxanada olduğu və təşkilatı buradan verdiyi göstərişlərlə idarə etdiyi müəyyən olunub.

Əxlaq Buro Rəisliyi polisləri insan alveri etdikləri və Ankaraya gətirdikləri qadınları zorla işlətdikləri müəyyən edilən cinayət təşkilatını təqibə alıb.

Aparılan texniki və fiziki təqib işləri sonrası hərəkətə keçən polis, 25 komandayla 11 ayrı ünvana eyni zamanda əməliyyat təşkil edib.

Aşkar edilən ünvanlarda 6 şübhəlini həbs ediblər, fahişəliyə məcbur edilən 4 Özbəkistan, 6 Qırğızıstan, 3 Qazaxıstan vətəndaşı olmaqla,13 əcnəbi əsilli qadını da xilas edib.

Şübhəlilərin ev və vasitələrində aparılan aramalarda, 2 tapança, bu tapançalara aid çox sayda güllə, 17 mobil telefon, 1 yaddaş kartı, 1 flaş yaddaş, 1 mini kompüter, 10 min 995 lirə, və çox sayda GSM xətti ələ keçib.

Cinayət təşkilatı qurmaq məqsədiylə yurd dısından gətirilən əcnəbi əsilli qadınları, zorla, istifadə edərək fahişəliyə yönləndirdikləri müəyyən edilən dəstəni həbsxanada olan Mətin U.nun idarə etdiyi müəyyən olunub.

Şübhəlinin həbsxanadan təşkilat üzvlərinə göstəriş verdiyi və Ankarada əcnəbi əsilli qadın ticarətini yönləndirən əhəmiyyətli adlardan biri olduğu, keçirilən əməliyyatla cinayət təşkilatının tamamilə dağıdıldığı qeyd edilib.

Milli.Az