Avstraliyada kenquru modellərə hücum çəkdi - VİDEO

16 Aprel 2019 16:19

Avstraliyada kenquru bikini-modelləri qorxudaraq, çimərlik hovuzu önündə gedən fotosessiyanı yarımçıq qoyub.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Vəhşi heyvanın gəldiyini görən modellər təşvişə düşərək qaçmaq qərarına gəliblər. Onlardan biri təqibdən qurtulmaq üçün hətta özünü hovuza atıb.

Bir müddətdən sonra kenquru modellərin dalınca qaçmaq fikrindən daşınaraq, fərqli istiqamətdə irəliləyib. İnsident zamanı heç kimin xəsarət almadığı deyilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Avstraliyada kenquru modellərə hücum çəkdi