"Şəhidlərin doğum günündə konsert verək"

16 Aprel 2019 14:34

Müğənni Xatirə İslam maraqlı təkliflə çıxış edib.

Milli.Az Ölkə.az-a istinadən bildirir ki, sənətçi həmkarlarını şəhidlərin doğum günündə konsert verməyə çağırıb:

"Konsertlər şəhidlərin ad gününə təsadüf etsin. Onsuz da konsertdə ziyan da ola bilər, xeyir də. Amma istərdim ki, həmkarlarımın da konsertləri bu kimi əlamətdar günlərdən birinə təsadüf etsin".

Qeyd edək ki, Xatirə İslam bir müddət öncə aprel şəhidi Müşfiq Orucovun doğum günündə konsert verərək, konsertdən əldə edilən gəliri şəhidin anasına bağışlamışdı.

Milli.Az