Ancelina Coli soyadından imtina etdi

16 Aprel 2019 15:54

Bir neçə gün bundan əvvəl Hollivud ulduzu Bred Pittdən boşanan Ancelina Coli-Pitt soyadından imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 43 yaşlı aktrisa rəsmi sənədlərdə Coli-Pitt soyadının qeyd olunmasını istəməyib, təkcə Coli olaraq təqdim edilməsinin tərəfdarıdır. "Brangelina" kimi təqdim edilən ailənin övladları isə sözügedən soyadı daşıyacaqlar.

Xatırladaq ki, Coli və Pitt boşanmaq üçün 2016-cı ildə məhkəməyə müraciət edib. 12 il birlikdə olan Brangelina ailəsinin 3-ü bioloji, 3-ü isə övladlıq olmaqla 6 övladları var.

Milli.Az