Rüfət Axundov və Rəşad İlyasovu məhkəməyə verdilər

16 Aprel 2019 10:34

"Space"  kanalının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və əməkdar artist Rəşad İlyasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, şikayətdə hər ili müğənninin Cinayət Məcəlləsinin 148 (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir. İş Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Milli.Az