Sevgilisindən futbolçuya qələbə hədiyyəsi - FOTO

16 Aprel 2019 10:59

Super Liqanın XXVIII turunda evdə "Başakşəhər"i məğlub edən (2:1) "Beşiktaş"ın heyətində ən diqqət çəkən futbolçulardan biri qapıçı Loris Karius idi. 25 yaşlı qolkiper önəmli qurtarışlarıyla komandasının qələbəsində böyük pay sahibi olmuşdu.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, alman qapıçının sevgilisi Sopfia Tomalla qarşılaşmanı tribunadan izləyib və 90 dəqiqə ona dəstək verib. Oyunndan sonra paltardəyişmə otağına yollanan 29 yaşlı gözəl sevgilisini qucaqlayaraq öpüb və qələbə münasibəti ilə təbrik edib.

Milli.Az