Daha bir tələbə selfi çəkərkən öldü - FOTO

16 Aprel 2019 10:19

Daha bir gənc selfi qurbanı olub.

Milli.Az nypost-a istinadla xəbər verir ki, 20 yaşlı kollec tələbəsi hündür yerdə selfi üçün poza vermək istəyərkən yıxılaraq ölüb.

Andrea Norton 30 metr hündürlükdən yerə çırpılıb. ABŞ-ın Arkanzas ştatında yaşayan Andrea təpədən yıxılıb.

O, Briar kollecinin 1-ci kurs tələbəsiymiş.

Qeyd edək ki, dünən də ABŞ-da 22 yaşlı tələbə saat qülləsindən yıxılıb, ölüb.

Emin
Milli.Az