"Gözəl anam xərçəngə məğlub oldu"

16 Aprel 2019 10:54

Müğənni Güliz Aylanın anası vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçəng xəstəsi olan anasını bir dəqiqə belə tək qoymayan müğənni acı xəbəri İnstaqram hesabında paylaşıb.

"Mübariz mələyim, gözəl anam xərçəngə məğlub oldu. Sevdiklərinizi qucaqlayın..." deyə, ifaçı yazıb.

Milli.Az