Notr-Dam kilsəsinin yerləşdiyi adanın sakinləri tam olaraq təxliyə edilib

16 Aprel 2019 09:11

Fransanın Site adasının sakinləri təxliyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb adada yerləşən Notr-Dam kilsəsində baş verən yanğın olub.

Bildirilir ki, yanğın baş verən əraziyə ölkə prezidenti Emmanuel Makron və baş nazir Eduard Filip də gəliblər.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsi yanır. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edir və hadisə yerinə yanğınsöndürən briqadaları gəlməkdə davam edir.

Kilsənin damı və üzərində olan saat uçub. Alov yayılmağa davam edir.

Milli.Az