Tibb dünyasında inqilab - Ürək istehsal edildi - FOTO

17 Aprel 2019 00:45

İsrailli alimlər insan toxuması və damarlardan istifadə edərək 3 ölçülü printerdə bir ürək istehsal edə biliblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, dünyada bir ilk olan bu hadisə orqan nəqli sahəsində cığır aça biləcək bir inkişaf kimi qiymətləndirilib.

Tel-Əviv universitetinin alimləri bir xəstəyə aid hüceyrələri və biolojik materialların vasitəsilə 3 ölçülü printerdə ürək istehsal ediblər. Layihəyə rəhbərlik edən professor Tal Dvir deyib:

"Dünyada ilk dəfə bütün bir ürək hüceyrələri, qan damarları, kameraları və qarıncıqları ilə birlikdə bütün olaraq uğurlu bir şəkildə hazırlandı və istehsal edildi".

Dvir xatırladıb ki, bir müddət əvvəl üç ölçülü printerlə slikon bir ürək istehsal edilib: "Amma o ürəkdə hüceyrə və qan damarları ox idi". Bir dovşan ürəyi böyüklüyündə olan orqanın eyni texnologiyadan istifadə edərək insan ürəyinin də istehsal edilə biləcəyi qeyd edilir.

Alim qeyd edib ki, üç ölçülü printerdə istehsal edilən ürəklər əsl ürək kimi işlədikdən sonra heyvanlara nəql ediləcək.

Milli.Az