24 yaşlı qız itkin düşdü

15 Aprel 2019 22:43

Gəncədə ruhi xəstə itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində baş verib.

Həmin ünvanda yaşayan 1995-ci il təvəllüdlü, ruhi xəstə Məmmədova Günay Səbuhi qızı aprelin 12-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az