Həbib şərt qoydu: "Əvvəlcə nəsə qazan, sonra danış"

15 Aprel 2019 21:31

UFC çempionu Həbib Nurməhəmmədov Konor Makreqorun revanş döyüşü ilə bağlı yazdıqlarına münasibət bildirib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, Konor "Tvitter"də belə yazmışdı: "Həbibin UFS-də ən yaxşı olduğu fikri ilə qətiyyən razılaşmıram. O, 4-cü raunda qədər mənim yeganə müdafiə səddimi yara bilmirdi. Biz komandamızla birlikdə onun döyüş qabiliyyətini yetərincə araşdırmışıq. Revanş döyüşü hər şeyi göstərəcək".

Həbib bu döyüşün baş tutması üçün Konora şərt irəli sürüb: "Sən və sənin komandan 2016-cı ildən bəri heç nə qazanmayıb. Sən əvvəlcə nəsə qazanmalısan, ondan sonra revanş döyüşü barədə danışa bilərsən".

Konorla Həbib arasındakı döyüş 2108-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı 4-cü raundda qalib gəlib. Həbib növbəti döyüşünü Dastin Poreyə qarşı keçirəcək.

Milli.Az