Neslihan Atagül hamilədir?

15 Aprel 2019 21:24

Aktrisa Neslihan Atagül ilə əri Kadir Doğulu yeni villaya köçmək qərarı alıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük artıq 5 otaqlı lüks şəraiti olan villanı bəyəniblər.

Aylıq kirayəsi 2500 dollar olan evdə bəzi təmir işləri aparılır.

Cütlüyün yaşamaq üçün daha böyük evə köçmək istəyi Neslihanın hamilə olması ilə bağlı iddiaların yayılmasına səbəb olub.

Sosial şəbəkədə müzakirə edilən məsələyə aktyorlar tərəfindən heç bir reaksiya gəlməyib.

Qeyd edək ki, cütlük "Fatih Harbiye" serialında baş rolda oynayandan sonra tanış olublar və bir müddət sonra evləniblər.

Milli.Az