“Bu, başdan ayağa mundarlaşmış bir seçkidir”

15 Aprel 2019 19:24

"İstanbulda bələdiyyə rəhbərliyi uğrunda keçirilən seçkilərdən sonra Əkrəm İmamoğlu ilə aramızdakı səs fərqinin 29 min olduğu açıqlansa da, sonradan sandıqların yenidən sayılması nəticəsində bunun 12 min olduğu məlum oldu. Bir sözlə, bizim səslərimiz qarşı tərəfin hesabına yazılıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İstanbul bələdiyyəsinə namizəd Binəli Yıldırım keçirdiyi mətbuat konfransında bildirib.

B. Yıldırım qeyd edib ki, İstanbul kimi böyük bir şəhəri idarə edəcək rəhbərin dedi-qodular və saxtalaşdılrılmış bir seçki nəticəsində seçilməsi heç də yaxşı hal olmaz: "Rəhbər şəxsin vəzifəsini güclü şəkildə yerinə yetirməsi bütün istanbulluların arzusudur. Seçkidə baş vermiş pozuntular, səhvlər, səs oğurluğunun sərhədi yoxdur. Bir sözlə, bu, başdan ayağa mundarlaşmış bir seçkidir.

Bundan başqa, xarici ölkələrə mesajlar göndərmək, o ölkələrin Türkiyəyə təzyiq göstərməyini təmin etmək millətimizi incidir. Cənab İmamoğlu tribunaları gəzməkdənsə, nəticə elan olunmamış özünü bələdiyyə rəhbəri kimi tanıtdırmaqdansa, kaş ki, mənim kimi sakit oturub nəticələri gözləyərdi".

Milli.Az