“Pulum qurtarıb” - Serdar Ortaç şikayətləndi

15 Aprel 2019 20:24

Türkiyəli müğənni Serdar Ortaç "Artıq albom çıxarmayacam. Çünki bəstələrimi düzənləmək üçün aranjimana göndərdim. İki maşın pul istədi" deyə, şikayətlənmişdi.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ona həmkarı Serkan Kayadan cavab gəlib:

"Sərdarın xeyli mahnısı var. Bugünədək ən bahalı arajimançılarla işləyib. Yəqin ki, pulu qurtarıb. O pullar aranjimançıların haqqıdır".

Sərdar isə Kayanın dediklərini təsdiqləyib:

"Serkan düz deyir, pulum qurtarıb. Pul problemdir, aranjimançılar çox istəyir. O qədər pul vermək istəmirəm. Vaxtilə, bir mahnını 5-6 aranjimançıya verirdim".

Qeyd edək ki, Serdar Ortaç Türkiyədə ən çox albom satan ifaçılardan olub. Lakin zamanla yerini gənc sənətçilərə verdiyindən, hazırda ona tələbat azalıb.

Milli.Az