Kənanla bağlı sualları cavabsız qoydu - Qarışa bilmərəm...

15 Aprel 2019 17:14

"Kənanın işinə heç vaxt qarışa bilmərəm. Onunla bağlı söhbətlərə münasibət bildirə bilmirəm. Kişi işini kişi həll etsin".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aygün Mahmudova "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi rejissor həyat yoldaşı Kənan M.M.-lə bağlı sualları cavabsız qoyub. 

İfaçı yaradıcılığından, Türkiyədəki fəaliyyətindən söz açıb. 

"Bülənt Ersoydan yaxşı münasibət görmüşəm" deyən Aygündən ona zəng edilməsi istənib. Mahmudova isə "Konturum yoxdur zəng vurmağa" deyərək, hamını təəccübləndirib.

Milli.Az