Göygöldə birmərtəbəli ev yanıb

15 Aprel 2019 16:57

Göygöl rayonunun Aşıqlı kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 144 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik tövlə yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az