Emil Balayev Qazaxıstanda ən yaxşılar arasında

15 Aprel 2019 17:37

Azərbaycan millisinin və "Tobol"un üzvü Emil Balayev Qazaxıstan Premyer Liqasının 5-ci turunda "Okjetpes"lə matçın ən yaxşı üç futbolçusundan biri olub.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunda üç dəfə komandasını real qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 242 xalla qiymətləndirilib.

Oyunun ən yaxşısı Dmitri Miroşniçenko olub (275 xal). Nika Kvekveskiri isə 250 xalla 2-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "Tobol"un səfərdə "Okjetpes"i 2:1 hesabı ilə məğlub etdiyi oyunda Emil Balayev 90 dəqiqə meydanda olub.

Milli.Az