Türkiyəli aktyorun platonik sevgilisi Nəsrin olacaq

15 Aprel 2019 17:04

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Cemil şov" adlı yeni filmə çəkilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aktyor Cemil Yücesoy ilə kamera qarşısına keçəcək.

İstanbulda çəkilməsi planlaşdırılan film üç həftə ərzində ekranlaşdırılacaq.

Yücesoy filmdə Cavadzadəyə platonik aşiq olan bir obraza həyat verəcək.

Qeyd edək ki, sözügedən film xarici festivallarda nümayiş etdirələcək.

Milli.Az