Məşhur futbolçunun oğlu modellə öpüşərkən görüntüləndi - FOTO

15 Aprel 2019 14:59

Məşhur futbolçu Devid Bekhemin ailəsi yenidən dünya mətbuatının gündəminə gəlib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu dəfə veteran futbolçunun 20 yaşlı oğlu Brooklin Bekhem diqqət mərkəzinə düşüb.

Belə ki, sabiq futbolçunun oğlu Kaliforniyada təşkil edilən "Koaçella Festivalında" model sevgilisi Hana Qrossu ilə öpüşərkən kamerala tuş gəlib. 

Bu ilin mart ayında 20 yaşı tamam olan Brooklin 2019-ci ilin içində eşq yaşamağa başladığı model sevgilisi ilə olduqca romantik anlar yaşayıb.

Milli.Az