Vasif Məhərrəmli yenə izləyicisini təhqir etdi - FOTO

15 Aprel 2019 14:14

Əməkdar artist Vasif Məhərrəmli sosial media hesabında ona təhqir yazan izləyicisinin fotosunu paylaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı paylaşımında həmin şəxsin Moskvada yaşadığını qeyd edib.

"Moskvadakı dostlarıma səslənirəm, bu şərəfsizin yerini bilən varsa, mənə deyin, anında uçub gələcəm. Şərəfsiz, səndən rəsmi qaydada şikayət edirəm. Hava limanından səni birbaşa polisə gətirəcəklər. Orada görüşərik" deyə, müğənni izləyicisini təhqir edib.

Qeyd edək ki, analoji hadisə bundan öncə də yaşanmışdı. Məhərrəmli onun "Stefanno Ricci" brendindən olan kəmərinə lağ edən izləyicisini təhqir etmişdi.

Milli.Az