Bakıda parkda dəhşətli hadisə

15 Aprel 2019 16:19

Bakıda mübahisə edən kişilərdən biri digərini "atvyortka" ilə vurub yaralayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 1962-ci il təvəllüdlü Əfqan Qurbanovu mübahisə zəmnində qonşusu, 1951-ci il təvəllüdlü Bayramağa Novruzov "atvyortka" ilə qarnından vuraraq xəsarət yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, B.Novruzov şübhəli şəxs qismində tutulub. 

Milli.Az