Dünyadakı ən təhlükəli quş öz sahibini öldürdü

15 Aprel 2019 22:28

ABŞ-ın Florida ştatında dünyada ən təhlükəli quş hesab olunan kazuar saxlandığı fermada öz sahibini öldürüb.

The Gainesville Sun xəbər verir ki, 75 yaşlı fermer yem vermək üçün qəfəsə daxil olarkən yıxılıb. Kazuar fermeri dimdikləyərək öldürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kazuarlar strauslardan sonra yer kürəsində ən böyük quşlar hesab edilirlər. Onların boyu iki metrə, çəkiləri 60 kiloya çatlr.

Uzunluğu 10 santimetr olan  dimdiklərini isə ölüm silahı kimi istifadə edirlər.

Milli.Az