Bakıda azyaşlı qızı kimsəsiz yerə aparıb zorlayan iki dostun MƏHKƏMƏSİ

15 Aprel 2019 15:59

Paytaxtda azyaşlıya qarşı seksual xaraktereli zorakılıq hərəkətləri törətməkdə təqsirli bilinən şəxlsərin məhkəmə prosesi davam edir.

Milli.Az Ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Vidadi Əsədov və dostu Məhyəddin Fətullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə aprel ayının 17-də keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Vidadi Əsədov dostu Məhyəddin Fətullayev ilə birlikdə Samirə Məmmədovaya (ad və soyad şərti verilib - red.) təcavüz ediblər.

İki dost Samirə Məmmədovanı aldadaraq kimsəsiz bir əraziyə gətiriblər. Orada həmin şəxslər Samirə Məmmədovaya zorakılıq ediblər, onunla zorla cinsi əlaqədə olublar.

Daha sonra Vidadi Əsədov və Məhyəddin Fətullayev Samirəni seksual xarakterli əxlaqsız hərəkətlərə məcbur ediblər.

Samirə bu tələbi yerinə yetirmədiyi halda döyülüb və zorlanıb.

Samirə Məmmədova hüquq-mühafizə orqanlarına şikayət edəndən sonra hər iki şəxs həbs edilib.

İstintaq orqanı tərəfindən Vidadi Əsədov və Məhyəddin Fətullayevin barəsində Cinayət Məcəlləsinin 149.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən zorlama) maddəsi ilə ittiham elan edilib.

Milli.Az