Pakistanda qum qasırğası 1 nəfəri öldürdü - 10 yaralı var

15 Aprel 2019 11:44

Pakistanda qum qasırğası fəsadlara yol açıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qasırğa nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsrət alıb.

Güclü qum qasırğası Pakistanın cənubunda Kəraçi şəhərində gecə saatlarından başlayıb və səhərə qədər davam edib.

Külək nəticəsində ağacların çoxu aşıb. Bir nəfərin üzərinə ağac düşməsi nəticəsində ölüb. Habelə damların uçması nəticəsində xəsarət alanlar var ki, onlardan 5-i məktəblidir.

Qum qasırğası səbəbindən Cinna beynəlxalq aeroportundan Kəraçiyə bir neçə reysin ləğv olunduğu da qeyd edilir.

Milli.Az