“Biz “Eurovision”a yenidən getməliyik”

15 Aprel 2019 10:39

Eldar Qasımov və Nigar Camal son 8 ildə Azərbaycanın "Eurovision"dakı göstəricilərindən narazıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müsabiqə qalibləri AzTV-nin çəkilişində iştirak edən zaman instaqramda video paylaşıblar.

Onlar kinayəli şəkildə yarışmaya gedəcəklərini, Azərbaycana yenidən qalibiyyət gətirəcəklərini qeyd ediblər.

"Biz hazırda "Eurovision" paltarımızda çəkilişə qatılmışıq. Yenə müsabiqəyə gedib "Running scared" mahnısı ilə ölkəmizi təmsil edəcəyik"- deyə Nigar bildirib.

Nigarın söhbətinə Eldar da qoşularaq belə şərh verib: "Biz elə görürük ki, vəziyyət pisdir. Özümüz qərar vermişik ki, yenidən gedək".

Milli.Az