22 yaşlı tələbə saat qülləsindən yıxılıb, öldü - FOTO

15 Aprel 2019 09:59

22 yaşlı qız Instagram üçün foto çəkərkən 12 metr gündürlükdən yıxılıb, ölüb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ-ın Oreqon ştatının Portlend şəhərində yaşayan 22 yaşlı Sydney Paige Monfries selfiyə qurban gedib.

Nyu-York polis departamentindən verilən məlumata görə, o, dostları ilə birlikdə Fordhem universitetinin düşərgəsinə gedib. Orada şəhəri yuxarıdan seyr etmək üçün saat qülləsinə çıxan qız, selfi çəkdirərkən yıxılıb.

O, St Barnabas hospitalına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qız bir müddət əvvəl həmin universitetdən məzun olmuşdu.

Emin
Milli.Az