Azərbaycanlı məşhurun efirdə HALI QARIŞDI - Canlı yayım bitəndən sonra... - FOTO

15 Aprel 2019 09:34

Müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" proqramında çətin anlar yaşayıb.

Milli.Az xəbər verir ki, verilişin sonlarına yaxın aparıcılar Zaur və Günay müğənni qonağa acı bibər yemək təklif ediblər. Nadir öncə bu təklifdən imtina etsə də, sonra onların istəyini yerinə yetirib. 

Müğənni qırmızı bibəri yedikdən sonra efirdə özünü çox narahat hiss edib. Dili, ağzı yanan Nadir Qafarzadə su içsə də, bu, ona kömək etməyib. 

Dərhal verilişin yayımı dayandırılıb.

Günay sözügedən olayla bağlı "Dünən gördünüz də Nadir bəy istiotdan yedi, nə günə qaldı. Nə yaxşı ki, veriliş bitdi. Canlı yayım bitəndən sonra o qədər su içib" ifadələrini işlədib.

Məhəmməd Vaqif
Milli.Az