"Lill" PSJ-ni darmadağın etdi - VİDEO - FOTO

15 Aprel 2019 10:34

Fransa I Liqasında 32-ci tura yekun vurulub.

Milli.Az xəbər verir ki, lider PSJ səfərdə "Lill"ə 1:5 hesabı ilə uduzub.

Paris klubu çempionluğu rəsmiləşdirmək üçün bu oyunda 1 xal qazanmalı idi.

Liqa 1-də turnir cədvəlinə 81 xalla PSJ başçılıq edir. "Lill" 64 xalla 2-ci, "Lion" 56 xalla 3-cü, "Sent-Etyen" 53 xalla 4-cü, "Marsel" 51 xalla 5-cidir.

"Lill" - PSJ - 5:1

Qollar: Tomas Münye, 5 (avtoqol), Nikolas Pepe, 51, Conatan Bamba, 65, Qabriel Maqalyains, 71, Joze Fonte, 84 - Xuan Bernat, 11

Qırmızı vərəqə: Xuan Bernat, 36 (PSJ)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: