Bədii gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

15 Aprel 2019 09:14

Bu həftəsonu Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə Dünya Kuboku baş tutub.

Milli.Az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu Dünya Kubokunda milli komandamızın üzvləri Yelizaveta Luzan və Darya Sorokina ilk dəfə olaraq böyüklər proqramında çıxış edərək, ölkəmizi təmsil ediblər.

Gimnastlarımız hər 4 alət üzrə öz güclərini sınayıblar. Çoxnövçülük xallarına əsasən Darya 59.150 xalla yarışları 45-ci, Yelizaveta isə 56.100 xalla 51-ci yerdə bitirib.

Milli.Az