"Like"a görə ölümü gözə alan CÜTLÜYÜN FOTOLARI

15 Aprel 2019 22:53

İnstaqram fenomeni olan cütlük Kelli Kastille və Kodi Vorkmen Balidə ölümə meydan oxuduqları fotolarla tənqid atəşinə məruz qalıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, amerikalı cütlüyün sosial şəbəkədə 60 mindən çox izləyicisi var. Kelli və Kodi dünyanı gəzərək fotolar çəkirlər.

Amma cütlüyün son fotosu bəyənilməkdənsə,tənqid olunub. Təhlükəni vecinə almayıb hündür hovuzun kənarından sallanan qadını yüzlərlə sosial şəbəkə istifadəçisi tənqid edib. İnsanları həyatlarını riskə ataraq foto çəkdirməyə sövq etməkdə ittiham edilən cütlük açıqlama verərək "Çox yavaş və diqqətli idik" deyib.

Milli.Az