Kim Çen In Rusiyaya səfər edə bilər

15 Aprel 2019 08:40

Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri növbəti həftə baş tuta bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Yonhap" agentliyi adı çəkilməyən mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin, gözləndiyi kimi, aprelin 24-də Uzaq Şərqdə daxili tədbirdə iştirak edəcək. Məhz buna görə də, orada "çoxdan gözlənilən" Rusiya-KXDR sammiti baş tuta bilər.

Milli.Az