Somalidə hava zərbələri nəticəsində terror qruplaşması başçısının "sağ əli" öldürülüb

15 Aprel 2019 08:33

Somalidə İŞİD-lə əlaqəli terror qruplaşmasının rəhbərinin "sağ əli" məhv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Əbdihakim Dhokob Bari vilayətində hava zərbələri nəticəsində öldürülüb.

Ehtimal olunur ki, terrorçunun avtomobilinə hava zərbələrini ABŞ-ın pilotsuz təyyarəsi endirib. Avtomobildə digər silahlılar da olub.

Milli.Az