Nepalda təyyarə ilə helikopter toqquşub: 3 ölü

15 Aprel 2019 08:19

Nepalda yüngül motorlu təyyarə və helikopter toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər ölüb. Hadisə Everestin kiçik hava limanlarından birində baş verib. Təyyarə limanda park edilmiş helikopterlə toqquşub.

Ölənlər təyyarənin pilotu və yaxınlıqda dayanan 2 polis olub.

Təyyarənin göyərtəsində dörd sərnişin və stüardessa olub.

Milli.Az