ABŞ-da 4 yaşlı uşaq bacısını öldürdü - FOTO

14 Aprel 2019 21:57

ABŞ-ın Corciya ştatında 4 yaşlı oğlan uşağı 6 yaşlı bacısı Milli Dryu Kellini silahla vurub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə avtomobildə baş verib.

Belə ki, Kortni Kelli adlı qadın iki uşağı ilə alış-verişə getmək istəyib. Yolda avtomobildə texniki nasazlıq yaranıb və aşağı enib. Bu zaman 4 yaşlı oğlu avtomobildəki silahı götürərək bacısına doğru tutub və anidən güllə açılıb.

Ağır yaralanan uşaq Atlantada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis orqanları silah qeydiyyatlı olduğu üçün hadisə ilə bağlı istintaq aparılmayacağını açıqlayıblar.

Qeyd edək ki, qadın qızının orqanlarını bağışlayıb.

Milli.Az