Ermənilər Anadoluya oradan gəliblər - İlbər Ortaylı

14 Aprel 2019 20:34

Ermənilər Anadoluya qərbdən, Balkanlardan gəliblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri türiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən "Qafqaz tarixi" adlı konfransda çıxışı zamanı deyib.

"Ermənilər urartuluları öz əcdadları hesab edirlər. Ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından gəliblər. Onların urartulularla bağlılığı yoxdur. Böyük ehtimalla urartuluların çeçenlərlə bağlılığı var. Lakin onların da Anadoludan Qafqaza, Qafqazdan Anadoluya getdikləri bəlli deyil. Ermənilər Qafqaza sonradan yerləşiblər. XVIII yüzilliyə qədər bu regionda erməni sayı olduqca az idi. Qafqazda ən hegemon etnos və dil şübhəsiz ki, türk və türkcədir. Burada Oğuz ləhcəsi danışılır".

Milli.Az