Sumqayıtda eyni yol bir ildə 3 dəfə çökdü

14 Aprel 2019 20:26

Sumqayıtda  çökmə səbəbi ilə iki dəfə təmir edilən yol yenidən çöküb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə şəhərin "Dejurnu" adlanan ərazisində, Kamran Hüseynov küçəsində baş verib.

Yolun bir hissəsi yenidən çöküb. Həmin ərazi müvəqqəti olaraq daşla doldurulub və çökən hissənin ətrafı lentlənib.

Xatırladaq ki, bir neçə ay bundan qabaq həmin yol daha iki hissədən çökmüşdü.

Milli.Az