Hələbdə partlayış baş verib, ölən və yaralananlar var

14 Aprel 2019 20:02

Suriyanın Hələb şəhərində terrorçuların quraşdırdığı mina partlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində bir uşaq həlak olub, iki uşaq isə xəsarət alıb.

Məlumata əsasən, onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Qeyd edək ki, ötən gün Hələbin Əl-Həmdaniyə rayonunda baş verən partlayış nəticəsində 2 uşaq həlak olub, 5 nəfər isə yaralanıb.

Milli.Az